Güllə atıcılığı
Tapançadan, tüfəngdən və tüfəngdən hərəkət edən hədəfə atışdan ibarətdir.Burada pnevmatik (4.5 mm), kiçikkalibrlı (5.6mm) və böyükkalibrlı ( tüfəng üçün 6.5 mm – 7.62 mm və tapança üçün 7.62 – 9.65 mm) istifadə olunur.
Hər il güllə atıcılığı üzrə müxtəlif səviyyəli regional turnirlər,Dünya və Avropa çempionatları keçirilir. Hal hazırda Beynəlxalq Güllə Atıcılığı Federasiyasında 15 kişi və 9 qadın çalışmaları nəzərdə tutulmuşdur. Hansı ki, həmin çalışmalar beynəlxalq yarışların proqramında yer almışdır. Olimpiya proqramlarına 6 kişi və 4 qadın çalışması daxil olunub.
Tüfəng
Atıcılıq üçün istifadə olunan tüfənglər bir neçə növə bölünür: pnevmatik (4.5mm kalibr), kiçikkalibrlı ( 5.6 mm kalibr) və böyükkalibrlı ( 6.5 mm-dən – 7.62 mm-dək kalibrlı). Bütün növ tüfənglər tək atışlı olmalıdır ( yalnız böyük kalibrlı tüfəngdən başqa hansı ki, maqazini ola bilər). Hədəfə qədər məsafə 10 m-dən 300 m-ə qədər olur.
Tapança
Atıcılıq üçün istifadə olunan tapança – pnevmatik, kiçikkalibrlı və böyükkalibrlı tapançalara bölünür. Atış üçün qazlı, tək atışlı və yaxud havalı 4.5 mm pnevmatik tapança icazə verilib.Pnevmatik tapança üçün güllələr qurğuşundan və ya yumşaq materialdan hazırlanmalıdır.
Hərəkət edən hədəfə atış tək atışlı tüfəngdən aparılır. 50 m-lik atışda kiçikkalibrlı tüfəngdən (5.6 mm kalibr) istifadə olunur. 10m-lik atışda isə havalı pnevmatik tüfəngdən (4.5 mm ) istifadə olunur. Burada optikadan istifadə etmək icazə verilib.
50 m-lik atışda “Qaçan qaban” hədəfi istifadə olunur. Hədəfin üstündə qaban şəkli və bədəninin ortasında hadəf işarəsi var.
10 m-lik atışda kağız və ya elektron hədəflərdən istifadə olunur.