Stend atıcılığı

Stend atıcılığı

Stеnd atıcılığı qədim idman növləridən biri sayılır.

Qədim atıcılıq növlərindən biri də stend atıcılığıdır. İlk dəfə 1896-cı ildə Afinada keçirilən ilk modern Olimpiya oyunlarında 9 idman növü arasında stend atıcılığı da yer alırdı. Olimpiya oyunlarda hədəf olaraq canlı göyərçinlərdən istifadə edilirdi. Növbəti yarışlarda bu qayda ləğv edildi.

XX əsrin əvəllərində stеnd atıcılığında yeni növlər yaranmağa başlayır. Bu günə qədər Olimpiya Oyunlarında, dünya və Avropa çеmpionatlarında stend atıcılığında üç növ “Sənqər stend” (Trap), “Dairəvi stend" (Skeet), “Qoşa səngər stend” (Double trap) mövcuddur.

"Dairəvi stend" (Skeet): Bu növdə idmançılar 10 metr uzaqlıqdan hədəfə atəş açırlar. Hədəflər sürətli və yavaş olmaqla ikiyə ayrılır. Hərəkətli hədəflərin hər birinə 30 atəş açılır.

“Səngər stend” (Trap): Bu növdə hədəflər beş ayrı nöqtədən havaya fırladılır. İdmançılar hədəflərin olduğu yerdən 15 metr uzaqlıqda dayanırlar. Kişilər tərəfindən 125, qadınlar tərəfindən 75 hədəfə atəş açılır. İdmançı hədəfin hansı məntəqədən atılacağını əvvəlcədən bilmir. Hədəfi vurmaq üçün iki atəş imkanı verilir. Əksərən ikilüləli 12 kalibirli ov tüfəngindən istifadə olunur.

“Qoşa səngər stend” (Double trap): Eyni anda havaya iki hədəf atılır. 8 hədəfatma nöqtəsi olur. Hər hədəfə yalnız bir dəfə atəş açıla bilər. İdmançı hədəf atılana qədər silahı çanaq səviyyəsində tutmalıdır. Hədəf havaya atılanda silah çiyin səviyyəsinə qaldırılır və atəş açılır.

Sportinq Atıcılığı