Lunev Ruslan Vladimiroviç 1989-cu ildə Bakı şəhərində anadan olub. Ruslan Lunev peşəkar idman kariyerasına 2002-ci ildən başlayıb. 2006-cı ildən yarışlarda iştirak edib.
2007-ci ildə Ruslan Lunev gənclər arasında keçirilən Azərbaycan çempionatında 383 xal toplayaraq birinci yer tutub və ölkə üzrə yeni rekorda imza atıb.
2010-cu ildə Norveçdə keçirilən “Olden Cup” beynəlxalq turnirinin superfinalının qalibi olub.
2013-cü ildə Gürcüstanda keçirilən Şota Kveliaşvili kubokunun qalibidir.
2015-ci ildə Amerikada və Münhendə keçirilən dünya kubokunun iştirakçısıdır.
2016-cı ildə Ruslan Lunevə Beynəlxalq İdman Atıcılıq Federasiyası “WILD CARD” təqdim edib.
2017-ci ildə Lunev Dehlidə keçirilən Dünya Kubokunda 25m sürətlə atıcılıq üzrə bürünc medal qazanıb.
2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanıb. Bu, bütün iştirakçılar arasında ən yaxşı göstəricidir. İlin sonunda yalnız ən güclü atıcıların iştirak etdiyi Dünya Kuboku Finalında 80 idmançı arasında 4-cü yeri tutub.
2018-ci ilin iyun ayında Ruslan İsveçrənin Thunda şəhərində hərbçilər arasında dünya çempionu olub. 4 günlük atıcılığın nəticələrinə görə O, çempionatın ən yaxşı atıcısı kimi tanınıb. Çanqvonda (Koreya) keçirilən dünya çempionatında Ruslan pnevmatik tapançadan atıcılıq üzrə 115 iştirakçı arasında 5-ci yeri tutub.
2018-ci ilin oktyabrında Lissabonda keçirilən Avropa Kubokunun finalında qalib gələn atıcımız 2019-cu ilin sentyabrında Bolonyada Avropa çempionu olub və Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanıb. Həmin ilin oktyabrında O, Fransanın Şato şəhərində keçirilən Avropa Kubokunun finalının qalibi olub.