Valeri Vasili oğlu Timoxin 15.05.1959 tarixində Rusiya Federasiyasının Tula vilayətində anadan olub.
Valeri Timoxin ilk dəfə Olimpiya oyunlarına 1988-ci ildə qatılıb. Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında stend atıcılığı yarışlarında 149 xallıq nəticə ilə 52 idmançı sırasında 11-ci yeri tutub.
1992-ci ildə növbəti Olimpiya Oyunlarına qatılıb. İspaniyanın Barselona şəhərində keçirilən XXV Yay Olimpiya Oyunlarında Valeri Timoxin stend atıcılığı yarışlarında 145 xallıq nəticəyə imza atdı və 60 idmançı arasından 25-ci yeri tutub.
1955-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamına əsasən "Tərəqqi medalı" ilə təltif edilib.
Valeri Timoxin sonuncu dəfə 1996-cı ildə Olimpiya Oyunlarında iştirak edib. Timoxin Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında 116 xalla 54 idmançı arasında 38-ci yeri tutub.
Dünya Çempionatlarında üç dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb.