Xəbərlər

8 Noyabr, 2021

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil edilib.

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub. Qaçışda Azərbaycan Atıcılıq Federasiyasının idmançıları da qürurla iştirak edib.

5000 metr məsafəni əhatə edən yarış Dənizkənarı Milli Park ərazisində yerləşən "Elektra Hall" qarşısından start götürüb və Dəniz Limanı Vağzalı yaxınlığında başa çatıb.  Qaçışda iştirak etmək üçün ümumilikdə 1246 nəfər qeydiyyatdan keçib. Hər bir iştirakçı əvvəlcədən edilmiş elan üzrə “YAŞAT Fondu”na ianə edərək qeydiyyatdan keçib. Möhtəşəm tarixə həsr olunan yarışda Federasiyamızın da üzvləri iştirak edərək Vətən müharibəsində canını fəda etmiş şəhidlərin xatirəsi yad ediblər.