Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına rəsmi gerisayıma mayın 5-də start verildi. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva iştirak edərək, atıcılarımızla həmrəyliklərini nümayiş etdiriblər. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, federasiyanın baş katibi Emin Cəfərov, 2022-ci ildə ən yüksək nəticələr göstərmiş atıcılarımız Ruslan Lunyov, Nurlana Cəfərova, Fuad Qurbanov, Nigar Nəsirova çıxış edərək "Paris 2024" Yay Olimpiya Oyunlarına ən çox - 48 lisenziya verəcək bu böyük tədbirin əhəmiyyətindən danışıblar.