Paris Olimpiya oyunlarında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Paris 2024 Olimpiya Atıcılıq Tədbirləri qaydalarındakı yeniliklərin ilk olaraq Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında tətbiq ediləcəyini bəyanı edib.
Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra Tokio 2020-də tətbiq edilmiş qaydalarla bərabər, yeni qaydalar da bir sənəddə toplanaraq, ISSF saytında yerləşdirilib (Buraya daxil olun)
“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin 8 may, 2023-cü il tarixdən etibarən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün Qaydalar kitabçasını dərc edirik” – Beynəlxalq Federasiyanın bəyanatında yazılıb.